Ukraynadan Rusiyanın Belqorod vilayətinə raket hücumları - VİDEO - FOTO

15 Aprel 2022 11:41

Rusiya Telegram kanallarının Belqoroddakı mənbələri hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirir. Belqorod vilayətinin yaşayış məntəqələri Ukraynadan raket hücumlarına məruz qalıb.

Milli.Az bildirir ki, ehtimallara görə, obyekt şəhərin cənubunda Dubovoye kəndi üzərində vurulub.

RİA Novosti Belqoroddan video yayımlayıb, orada şəhərin səmasında hava hücumundan müdafiə sistemlərinin izlərinin olduğu iddia edilir.

Aslan Məmmədov
Milli.Az