Bu ay Tərtər və Zəngilanda 2 nəfər minaya düşüb

15 Aprel 2022 10:44

Bu ay Tərtər və Zəngilan rayonlarında 2 nəfər minaya düşüb.

Bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.

Qeyd edilib ki, aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb.

Milli.Az