Afət Fərmanqızının əri ona lüks avtomobil hədiyyə edib - VİDEO

15 Aprel 2022 11:44

Müğənni Afət Fərmanqızı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında bahalı və lüks avtomobilinin görüntülərini yayımlayıb. 

Fərmanqızı qara rəngli, "Range Rover" markalı maşınının ona hədiyyə edildiyini bildirib:

"Yağışlı gün və həyat yoldaşımın mənə hədiyyəsi..."

Qeyd edək ki, Afət Fərmanqızı Rusiyada yaşayan azərbaycanlı Mamed Nanacanovla evlidir.

Milli.Az