“Beşiktaş”ın futbolçusunun qəzaya düşdüyü an - VİDEO

15 Aprel 2022 13:10

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Fransisko Monteronun avtomobil qəzası keçirdiyi hadisənin videosu yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, video magistal yolun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İnsident nəticəsində futbolçunun avtomobilindən əlavə daha üç maşının zərər çəkdiyi görünür.

Qeyd edək ki, hazırda ispaniyalı futbolçunun durumunun yaxşı olduğu bildirilir.

Milli.Az