Avropa İttifaqı Rusiya neftindən imtina edəcək

15 Aprel 2022 09:06

Avropa İttifaqı Rusiyadan neft idxalını mərhələli şəkildə azaldacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beləliklə, Avropa ölkələri bu müddət ərzində yeni təchizatçılarla müqavilələr bağlamağa vaxt qazanacaq.

Qeyd edilib ki, aprel ayının 24-də Fransada prezident seçkilərinin ikinci turu yekunlaşana qədər neft və qaz təchizatı ilə bağlı hər hansı qadağanın tətbiq edilməsinə dair məsələ gündəmdə olmayacaq.

Milli.Az