"Windows" istifadəçilərin diqqətinə
17 Mart 2012 17:35
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Windows XP", "Windows Vista" və "Windows 7" əməliyyat sistemlərinin istifadəçiləri kompyuterin uzaqdan idarə olunması servisindən yararlanarkən ehtiyatlı olmalıdırlar.
"Dəlik"dən istifadə edən hakerlər RDR kodları vasitəsilə kompyuterdəki bütün məlumatları oğurlaya bilərlər.
"Dəlik" asanlıqla qapanır. Bunun üçün "Windows Update"dən "KB2621440" patçını kompyuterə yükləmək gərəkdir.
Milli.Az