Zelenski nəyə görə Kiyevi tərk etmədiyini açıqladı

15 Aprel 2022 08:34

Ukrayna Prezidenti Volodimir Zelenski təkliflərə baxmayaraq, nəyə görə Kiyevi tərk etməməsinin səbəbini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.

"Bu, sadəcə qeyri-mümkündür. Prezident olmasaydım, yenə Ukraynada qalardım. Bütün bunları necə tərk edə bilərəm? İndi üzərimdə məsuliyyət olduğu halda, bunu edə bilməzdim", - Zelenski bildirib.

Milli.Az