ABŞ Rusiyanın Finlandiya və İsveçlə bağlı xəbərdarlıqlarına rəğmən NATO-nun açıq qapı siyasətini dəyişməyəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Rəsmi Moskvanın Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyü ilə bağlı suala cavabında Prays deyib: "Heç bir dəyişiklik yoxdur. NATO-nun aşıq qapı siyasəti açıq qapı siyasətidir. Kimin alyansa üzvlüyü məsələsini yanlız NATO həll edir" - deyə Prays bildirib.
Bununla belə, Dövlət Departamentinin sözçüsü bildirib ki, hər bir namizəd Alyans üzv olmaq üçün müəyyən tələblərə cavab verməlidir.
Milli.Az