Ukrayna ordusu 6 hücumu dəf edib

15 Aprel 2022 07:35

Ukrayna silahlı qüvvələri sutka ərzində Rusiya ordusunun 6 hücumunu dəf edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayan silahlı qüvvələrinin Feysbuk səhifəsində məlumat verilib.

Qeyd olunub ki, ukraynalı hərbçilər sutka ərzində 4 tank, 6 BTR və 1 artilleriya sistemini məhv ediblər.

Milli.Az