Aİ Rusiya neftindən mərhələli imtinaya hazırlaşır

14 Aprel 2022 23:51

Aİ Rusiya neftindən mərhələli şəkildə imtina etmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərhələli imtina Avropa ölkələrinə yeni təchizatçılarla danışıqlar aparmağa imkan verəcək.

Bununla belə, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu başa çatanadək neft və qaz təchizatının qadağan edilməsinə dair heç bir müzakirə aparılmayacaq.

Milli.Az