"Barselona" brazilyalı futbolçu ilə güclənir

14 Aprel 2022 20:24

"Barselona" heyətini gənc ulduzla gücləndirəcək.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Brazilya B Seriyasında mübarizə aparan "Vasko da Qama"nın 17 yaşlı futbolçusu Andey Santosla ciddi şəkildə maraqlanır. Onun klubuyla hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, Santosla "Milan", "Vulverhempton", "Monako" və "Benfika"da yaxından maraqlanır.

Milli.Az