Toy 4 yox, iki gün olacaq

14 Aprel 2022 18:48

Evlənməyə hazırlaşan aktrisa Demet Özdemir və aktyor Oğuzhan Koç 4 gün toy edəcəkləri barədə yayılan xəbərə aydınlıq gətirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ötən gün İstanbulda görüntülənən iki məşhur sima iddiaların doğru olmadığını qeyd edib:

"4 yox, iki gün olacaq. Dostlarımızla əylənərək bir gün keçirmək və hər kəs üçün vaxt ayıraraq böyük toy etmək istəyirik".

Milli.Az