Şagirdinə çılpaq şəkillərini göndərən qadın müəllim hakim qarşısında - FOTO

14 Aprel 2022 10:54

ABŞ-da keçmiş məktəb müəllimi yetkinlik yaşına çatmayan oğlanları pul müqabilində cinsi əlaqəyə sövq etməkdə təqsirli bilinib.

Milli.Az WKRN-ə istinadən xəbər verir ki, Tenessi ştatının Vestmoreland şəhərindən olan yerli ibtidai məktəbin keçmiş müəllimi Kerri Norman azyaşlıya təcavüzdə ittiham olunur.

İstintaqın məlumatına görə, qadın 16 yaşlı yeniyetməni cinsi əlaqəyə sövq etməyə çalışıb və bunun üçün ona pul ödəməyi təklif edib.

Bundan əlavə, o, ilk qurbanına və başqa bir azyaşlıya özünün çılpaq fotolarını göndərməkdə ittiham olunub.

Anar Əli
Milli.Az