Ərinin xəyanətindən danışan Aynur Dadaşova: "Mən onu başqa ölkədə bilirdim" - VİDEO

14 Aprel 2022 14:18

Müğənni Aynur Dadaşova illər əvvəl üzləşdiyi xəyanətdən danışıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, jurnalist Vüqar Kamiloğlunun yutub layihəsinə qonaq olan ifaçı dəfələrlə həyat yoldaşının xəyanətinə məruz qaldığını deyib. Sənətçi ərini sevdiyi 18 il üçün təəssüf hissi keçirdiyini ifadə edib:

"Mən həyat yoldaşımın başqa ölkədə olduğunu bilirdim. Bir dəfə işıqforda dayananda gördüm yanında gözəl bir xanım var. Avtomobilini də dəyişmişdi ki, tanımasınlar.

O qadın ona "Aynur Dadaşovaya bax" dedi. O da çevrilib mənə baxdı. Belə səhvləri çox olurdu. Amma lap axırıncı xəyanətində artıq onu bağışlamadım. Bir neçə il idi ki, bir xanımla yaşadığını öyrəndim".

Ətraflı videoda:

Milli.Az