"Oğurluğ"a görə 500 min ödəyəcək

14 Aprel 2022 17:24

Müğənni Stas Kostyuşkin həmkarı Monetoçkanı (əsl adı Elizaveta Andreevna Qırdımova) oğurluqda ittiham edərək məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Мама, я не зигую" mahnısında plagiatlığa yol verdiyinə görə Monetoçkadan 500 min rubl tələb edir.

Kostyuşkin iddia edib ki, Monetoçka ondan "Женщина, я не танцую" mahnısının aranjimanını oğurlayıb. 

Məhkəmə ifalar arasındakı 73%-lik oxşarlığın olması ilə bağlı arqumentlərlə razılaşıb. İddia qismən təmin edilərək Monetoçkadan 500 min rublu ödəməsi tələb olunub. Həmçinin, mübahisə predmetinə çevrilmiş işi yerinə yetirməsi qadağan edilib.

Milli.Az