Mətanət nədən əməliyyat olunub?

14 Aprel 2022 12:48

Müğənni Mətanət Əsədovanın nə üçün əməliyyat olunduğu bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi ağciyərində yaranan problemi aradan qaldırmaq üçün bıçaq altına yatıb.

O, hazırda paytaxdakı məşhur klinikalardan birində müalicə alır.

Qeyd edək ki, ifaçının əməliyyatı və vəziyyətinin ağır olması ilə bağlı ilk xəbəri lent.az yayıb.

Milli.Az