“Qısa paltar Azərbaycan üçün deyil” - VİDEO

14 Aprel 2022 09:24

Müğənni Elit star Cəmilənin növbəti açıqlaması müzakirə yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Tarixin bir günü" verilişində qonaq olarkən geyimlər haqda danışıb.

Cəmilə deyib ki, qısa geyimlər Azərbaycan üçün deyil:

"Xanımlarımız toylara uzun paltarla getsinlər. Ümumiyyətlə, qısa paltar Azərbaycan üçün deyil. Şortlarınızı, qısa geyimlərinizi xaricə aparıb, orada istirahət edin, kluba gedin, şəkil çəkdirin. Amma bu fotoları instaqramda yayımlamayın".

Milli.Az