Çağatay Ulusoyun serialdakı partnyoru bəlli oldu - FOTO

14 Aprel 2022 09:06

Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun "Netflix" platformasında yayımlanacaq "Terzi" serialında baş rolu paylaşacağı aktrisanın kimliyi bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, keçmiş adı "Süslü Korkuluk", yeni adı "Terzi" olan serialda Ulusoy baş rolu Şifanur Güllə paylaşacaq.

Gənc aktrisa son dəfə "Yaratılan" serialında əsas rollardan birini ifa edib.

Milli.Az