Yarıçılpaq kişi qadına hücum çəkdi - Anbaan VİDEO

14 Aprel 2022 17:30

Rusiyanın Kirov şəhərində yarıçılpaq vəziyyətdə olan kişi qadının körpəsini və arabasını ondan zorla almağa cəhd edib.

Hadisə çoxmərtəbəli yaşayış binasının həyətində baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadını və körpəni yarıçılpaq vəziyyətdə olan şəxsin hücumundan müdafiə etmək üçün hadisəyə üç nəfərin müdaxilə etməsi lazım gəlib.

Hücum edən şəxs zərərsizləşdirilib. Hadisə yerinə polis və təcili tibbi yardım xidməti çağrılıb. Hələlik insidentin motivi bəlli deyil.

Milli.Az