Bu ölkələr Millətlər Liqasına ev sahibliyi etmək istəyir

14 Aprel 2022 08:12

UEFA 2022/23 mövsümündə Millətlər Liqasının final mərhələsinin oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin adlarını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Belçika, Polşa, Niderland və Uels həlledici qarşılaşmaları qəbul etmək üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlayıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Yekun ərizələr bu il oktyabrın 5-dək UEFA-ya təqdim olunmalıdır.

Final görüşünə ev sahibliyi edəcək ölkənin adına 2023-cü ilin yanvarında aydınlıq gələcək.

Milli.Az