"Ukraynanın "Müxalifət Platforması - Həyat naminə" partiyasının rəhbəri Viktor Medvedçuk Rusiya vətəndaşı deyil və onun Ukraynada keçirilən xüsusi əməliyyatla heç bir əlaqəsi yoxdur".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Medvedçuk Rusiya vətəndaşı deyil. Onun xüsusi hərbi əməliyyatla heç bir əlaqəsi yoxdur. O, xarici siyasi xadimdir. Biz ona qarşı bu böhtan xarakterli vəziyyətin həllində Rusiyanın hansısa şəkildə iştirakını istəyib-istəmədiyini heç bilmirik", - deyə Peskov bildirib.
O, Kremlin Medvedçukun sonrakı taleyini izləyəcəklərini əlavə edib və avropalı siyasətçiləri də buna dəvət edib:
"Şübhəsiz ki, Viktor Medvedçukun taleyini izləyəcəyik. Yeri gəlmişkən, söz azadlığına bu qədər önəm verən avropalı siyasətçilərə səslənirik, onlar siyasi motivlərlə bir insanın təqib edilməsinin mümkünsüzlüyündən danışırlar. Bu da eyni vəziyyətdir və burada onların Kiyev rejiminin nümayəndələrini siyasi baxışlarına görə bir şəxsin təqibindən dayandıracaqlarını gözləmək yerinə düşər".
Qeyd edək ki, Medvedçukun saxlanmasından sonra Volodimir Zelenski Rusiyaya onun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsi təklifi ilə çıxış edib.
Milli.Az