Rusiya XİN-dən Ukrayna ilə danışıqlar barədə - Açıqlama

13 Aprel 2022 22:30

Rusiya-Ukrayna danışıqları onlayn formatda davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın neytrallıq statusu, silahsızlaşdırılması, nasistlərdən təmizlənməsi, rus dilinin statusunun bərpa edilməsi, ərazi reallıqları və digər məsələləri müzakirə edirlər.

Milli.Az