Fransa Ukraynaya əlavə hərbi yardım edəcək

13 Aprel 2022 22:15

Fransa hakimiyyəti Ukraynaya əlavə hərbi yardım ayıracaq.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Florens Parli ukraynalı həmkarı Aleksey Reznikovla görüşdən sonra öz tviter səhifəsində yazıb.

"Fransa artıq öhdəliyinə götürdüyü 100 milyon avroluq avadanlıq tədarükündən əlavə olaraq Ukraynaya hərbi yardım edəcək", - Parli yazıb.

O, əlavə edib ki, bu addım Ukraynanın yeni müraciətlərinə cavabdır.

Milli.Az