Bayden və Zelenski bir saata yaxın telefonla danışıb

13 Aprel 2022 21:35

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden ilə Vladimir Zelenski arasında telefon söhbəti olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Telefon danışığı zamanı Co Bayden Ukraynaya hərbi yardımın bundan sonra da davam edəcəyini bildirib.

Məlumata görə, danışıq 1 saata yaxın davam edib.

Zelenski telefon danışığı ilə bağlı "Twitter" hesabında yazıb ki, Co Baydenlə Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəlinib.

Milli.Az