"Oyuncaq" filminin qəhrəmanı vəfat etdi

13 Aprel 2022 16:12

Fransız aktyor Mişel Buke vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 96 yaşlı aktyor Paris xəstəxanalarının birində dünyasını dəyişib.

O, karyerası boyu iki dəfə "Sezar" mükafatına layiq görülüb.

Mişel Buke daha çox 1976-cı ildə çəkilmiş "Oyuncaq" filmindəki rolu ilə tanınır.

Milli.Az