Nəsrinin serialı final edir

13 Aprel 2022 21:45

Türkiyənin reytinqli seriallarından biri olan "Üç kuruş" finala hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə ekran işində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə məlumat verib.

O deyib ki, artıq layihənin sonuna 6-7 bölüm qalıb.

"Kədərlənmirik. Çünki əvvəldən serialın bri sezonluq olduğunu bilirdik",-deyə Nəsrin bildirib.

Qeyd edək ki, sözügedən serialda Nəsrinlə bərabər Uraz Kaygılaroğlu, Ekin Koç kimi məşhurlar rol alır.

Milli.Az