Xalq artisti Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş gecə təqdim ediləcək

13 Aprel 2022 13:36

Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzi Xalq artisti Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş gecə təqdim edəcək.

Gecədə BMM-nin solistləri, Qədim Musiqi Alətləri Dövlət Ansamblı və ifaçının tələbələrinin çıxışları təqdim olunacaq.

Kamança və çəqanə ifaçısı, Xalq artisti Munis Şərifov musiqi mədəniyyətimizdə xidmətləri olan sənətkardır. O, uzun illərdir Qədim musiqi alətləri ansamblının bədii rəhbəri və konsertmeysteri olmaqla yanaşı, Azərbaycanda yeganə çəqanə ifaçısıdır.

Tədbirə giriş sərbəstdir.

Milli.Az