Gürcüstanda daha 266 nəfərdə COVİD aşkarlanıb

13 Aprel 2022 12:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 266 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 652 235, ölənlərin sayı isə 16 781 nəfərə çatıb. Virusa yoluxanlardan 1 632 194 nəfərin sağaldığı bildirilib.

Milli.Az