Ukraynada "Z" və "V" qadağan edilir

14 Aprel 2022 21:04

Ukrayna Ali Radası Z və V simvollarının istifadəsinin qadağan edilməsi ilə bağlı qanun qəbul edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, parlamentin deputatı Yaroslav Jeleznyak bu barədə sosial mediada paylaşım edib.

O, Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi simvolların qadağan edilməsi barədə qanunun ikinci oxunuşda qəbul edildiyini bildirib.

Milli.Az