Naməlum şəxs Nyu-York metrosunda atəş açıb, 29 nəfər yaralanıb

13 Aprel 2022 06:41

Nyu-York metrosunda baş verən silahlı insident nəticəsində yaralananların sayı 29 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə yerli CNN telekanalı məlumat yayıb.

Bruklin ərazisindəki "36th street" metro stansiyasında atışma dünən səhər saatlarında - 08:30 radələrində baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən qaradərili şəxsin axtarışlarını davam etdirir.

Milli.Az