Putinin ən yaxın adamlarından biri Ukraynada həbs edilib - FOTO

12 Aprel 2022 23:06

Vladimir Putinin qızının "xaç atası" və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib.

O, Ukraynanın "Həyat uğrunda Müxalifət Platformu" partiyası siyasi şurasının sədridir.

Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında paylaşıb.

V.Zelenski qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti(UTX) həyata keçirilib.

"Əla! Təfərrüatlar barədə bir qədər sonra. Slava Ukraine, Qeroyam Slava!"(Yaşasın Ukrayna. Qəhramanlara eşq olsun!) - V.Zelenski yazıb.

Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.

Medvedçuk 2002-2005-ci illərdə keçmiş prezident Leonid Kuçmanın dövründə prezident aparatının rəhbəri işləyib. Medvedçuk Ukraynanın Avropa İttifaqına qoşulmasının qəti əleyhdarlarından biri olub. Putin Medvedçukun qızı Darinanın xaç atasıdır.

Medvedçuk və ailəsi barəsində ötən il ev həbsi qərarı çıxarılmış, bu ilin fevral ayında müharibə başlayanda isə ev həbsindən qaçmışdı.

Milli.Az