Qırğızıstan və Tacikistan sərhədində atışma oldu

12 Aprel 2022 21:56

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

"2022-ci il aprelin 12-də Qırğızıstan-Tacikistan sərhəddində silahdan istifadə ilə bağlı təkrar insident baş verib. Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgər yaralanıb", - məlumatda deyilir.

Milli.Az