Ukraynada girov götürülən azərbaycanlı tələbə azadlıqda - FOTO

12 Aprel 2022 15:30

Ukraynanın Mariupol şəhərində girov götürülən azərbaycanlı tələbə azadlığa buraxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə girov götürülən Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.

Qeyd edək ki, H. Abdullayevi 1 aya yaxındır Mariupol şəhərində Rusiya hərbçiləri girov götürmüşdü. Son 15 gündə isə onunla əlaqə saxlamaq mümkün olmurdu.

Milli.Az