Slovakiya Türkiyədən “Bayraktar” alacaq

14 Aprel 2022 22:23

Slovakiya Türkiyə istehsalı olan "Bayraktar-TB2" pilotus uçuş aparatları alacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

O qeyd edib ki, bununla bağlı artıq Türkiyə tərəfi ilə danışıqlar başladılıb.

Milli.Az