Gecə saatlarında Xmelnitski bölgəsi raketlə vurulub

12 Aprel 2022 11:54

Aprelin 12-nə keçən gecə ruslar Xmelnitski rayonuna raket zərbəsi endiriblər.

Milli.Az bildirir ki, bu barədə Xmelnitski Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qamaliy Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə rayondakı infrastruktur obyektinə dəyib. Nəticədə yanğın baş verib, artıq aradan qaldırılıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

"Müharibənin 48-ci günü. Ukrayna var, Ukrayna döyüşür, Ukrayna qalib gələcək!", - Qamaliy qeyd edib, -  "Həyəcan siqnallarına diqqət edin! Sığınacaqlardan istifadə edin!"

Aslan Məmmədov
Milli.Az