Ermənistanda həbs olunmuş nazirin yerinə təyinat olub

12 Aprel 2022 10:42

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Armen Pambuxçyanın fövqəladə hallar naziri təyin edilməsi barədə fərman imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan martın 31-də böyük məbləğdə rüşvət almaq ittihamı ilə həbs olunub.

Milli.Az