Azərbaycanda sel magistral yolu bağladı, 3000 nəfər evakuasiya olundu
7 May 2010 13:09
Şirvan şəhər Fövqəladə Hallar Komissiyasının sədri Samit Abıyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, suyun səviyyəsi artaraq artıq yolu basıb.
Komissiya sədri əlavə etdi ki, hazırda su basmış Bayramlı qəsəbəsində 510 ev su altında qalıb. Həmin ərazidən 510 ailə, təxminən 3000 nəfər sakin evakuasiya olunub. Hazırda hadisə yerində helikopter və digər texnilakardan istifadə olunur. Hələlik suyun qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, Kür çayı Şirvanın Bayramlı qəsəbəsinin hər iki qoruyucu bəndini bu gün səhər saatlarında yararaq qəsəbəni basıb.
Anar Məmmədov
Milli.Az