"Ölümdən döndüm" - Dostəliyeva

12 Aprel 2022 09:12

Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva uzun müddətdir efirə çıxmamasının səbəbini açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "elgizlə izlə" proqramında qonaq olub. O bildirib ki, bir ildə iki dəfə əməliyyat olunub:

"Ölümdən döndüm, bir dəfə öd kisəmdən əməliyyat olundum. Sonra kor bağırsağım partladı, ölümdən döndüm. Dörd ildir heç bir şənliyə qatılmıram. Oxumaq həvəsim, efirə gəlmək həvəsim itmişdi".

Milli.Az