ABŞ bu ölkəni də Rusiyanın "əlindən alır"

12 Aprel 2022 19:42

Rusiya ilə Hindistan arasında münasibətlər Vaşinqtonun Dehli ilə tam əməkdaşlıq edə bilmədiyi zaman inkişaf edib, lakin zaman dəyişib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Hindistan və Rusiya arasındakı münasibətlər onilliklərdir ki, ABŞ-ın Hindistanın tərəfdaşı ola bilmədiyi zaman inkişaf edir. Zaman dəyişdi, indi biz Hindistanın bütün məsələlər üzrə seçilmiş tərəfdaşları ola bilərik və olmaq istəyirik: ticarət, texnologiya, təhsil, təhlükəsizlik..." - amerikalı rəsmi bildirib.

Milli.Az