Rusiya Ukraynaya göndərdiyi humanitar yardımı açıqladı

12 Aprel 2022 08:12

Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Ukraynaya 10 800 tondan çox humanitar yardım göndərib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.

"Rusiya martın 2-dən etibarən artıq Ukraynaya 10 807,3 ton humanitar yük çatdırıb, 803 humanitar aksiya keçirib. Bu aksiyalar zamanı mülki vətəndaşlara 492 ton zəruri mallar, dərmanlar və qidalar çatdırılıb", - deyə Mizintsev bildirib.

Milli.Az