Fransa altı rus diplomatını arzuolunmaz şəxs elan edib

12 Aprel 2022 08:28

Fransa daha altı rusiyalı diplomatı persona non-qrata (arzuolunmaz) elan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Uzun araşdırmadan sonra Daxili Təhlükəsizlik Baş İdarəsi aprelin 10-u bazar günü Rusiya xüsusi xidmət orqanlarının ərazimizdə gizli əməliyyat həyata keçirdiyi üzə çıxarıb. Diplomatik pərdə altında fəaliyyət göstərən və fəaliyyəti milli maraqlarımıza zidd olan 6 rus agenti persona non-qrata elan edilib", - deyə nazirlik bildirib.

Milli.Az