Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
1967-ci il təvəllüdlü Veysalidze Esmira Əfsər qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az