Bakıda gənc oğlan bıçaqlanıb

12 Aprel 2022 08:43

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Anar Xəqani oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

A.Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az