İlin sonuna kimi yeni cəzaçəkmə müəssisələri istifadəyə veriləcək

7 May 2010 13:35
Bunu ədliyyə nazirinin müaivi, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib. N.Ələkbərov Şəkidə qarışıq tipli cəzaçəkmə müəssisəsinin, Gəncədə cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasının, Lənkəranda isə cəzaçəkmə müəssisəsinin inşa olunduğunu xatırladaraq deyib ki, Azərbaycanın şimal bölgəsində yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanacaq. Onun sözlərinə görə, həmin müəssisə üçün yer ayrılması üçün müvafiq icra orqanları ilə danışıqlar aparılır. Qadın məhkumlar üçün yeni cəzaçəkmə müəssisəsinin də inşa olunduğunu bildirən Penitensiar Xidmətin rəisi qeyd edib ki, bunun üçün Bakı İstintaq Təcridxanasının yaxınlığında torpaq sahəsi ayrılır.

N.Ələkbərov qeyd edib ki, inşa edilməkdə olan bir sıra penitensiar müəssisələrin bu ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.

Milli.Az