Narkotikə görə saxlanıldı, kamerada intihar etdi

11 Aprel 2022 17:58

Yevlax rayon polis şöbəsində intihar hadisəsi olub.

Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlanma kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az