Mahsun arvadından boşandı

11 Aprel 2022 20:42

Mahsun Kırmızıgüllə həyat yoldaşı Ece Binayın 6 illik evliliyi 15 dəqiqədə bitib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə özü açıqlama verib:

"Bütün cəhdlərimə rəğmən evliliyimizi qurtara bilmədik, fikir ayrılıqları nəticəsində ayrılmağa qərar verdik".

Xəyanət iddiaları barədə suallara cavab verməyən Eve Binay isə "Məhkəməyə müraciət etmişdim və boşandıq", - deyə, bildirib.

Qeyd edək ki, cütlüyün Lavin adında bir qızı var.

Milli.Az