Rusiyada koronavirusa yoluxanların sayı 18 milyonu ötüb

11 Aprel 2022 20:48

Rusiyada son sutka ərzində daha 11 855 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 007 915 nəfərə çatıb.

Son sutka ərzində 248 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 371 914 nəfərə çatıb.

Milli.Az