"Ad günümə çağırdım, gəlmədilər" - Fatimə gileyləndi

11 Aprel 2022 12:42

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə gəlməyən qonaqlardan gileylənib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Şourum" proqramında danışıb. 

Fatimə bildirib ki, Əməkdar artist Almaz Ələsgərli gələcəyinə söz versə də, ad gününə qatılmayıb:

"Ramal israfilovu dəvət etmişdim, gələcəyini düşünürdüm. çünki onunla birlikdə maraqlı şou edəcəkdik. Amma gəlmədi, dedi ki, toyda olacaq. Nadir Qafarzadə də toyu olduğu üçün gəlmədi". 

Milli.Az