Gəncədə 16 yaşlı qız ana olub

11 Aprel 2022 10:30

Gəncədə 16 yaşlı qız ana olub.

Milli.Az bildirir ki, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.

Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az