Handedən sonra eşqi tapdı

11 Aprel 2022 15:12

Hande Erçeldən ayrılan aktyor Kerem Bürsinin yeni sevgi münasibəti başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, onun İspaniyada bir tədbirdə müğənni və aktrisa Stephanie Cayo ilə tanış olduğu bildirilib.

Məlumata görə, cütlük qısa müddətdə bir-birini sevməyə başlayıb.

Qeyd edək ki, Hande də həmkarı Kaan Yıldırım ilə eşq yaşayır.

Milli.Az